"Yuventus" azarkeşləri ilə sosial şəbəkədə vidalaşan Leonardo Bonuççi İtaliyanə tərk etmək istəmir.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, 36 yaşlı müdafiəçi karyerasını "Fiorentina"da davam etdirə bilər. Mənbə Bonuççinin agentinin "bənövşəyilər"in rəhbərliyi ilə yaxşı münasibətdə olduğunu və bu variantın müzakirə edildiyini vurğulayıb.
Nihat