Ərəb Çempionları Kubokunun finalında dubl edərək komandası "Əl-Nəsr"ə "Əl-Hilal" üzərində 2:1 hesablı qələbə qazandıran Kriştianu Ronaldu Səıudiyyə Ərəbistanı təmsilçisində qazandığı ilk mükafata münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 38 yaşlı portuqaliyalı bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Komandanın mükafat qazanmasına yardımçı olduğum üçün qürur duyuram. Uğurumuzda əməyi olan hər kəsə təşəkkür edirəm. Məni həmişə dəstəkləyən ailəmə və dostalrıma minnətdaram. Azarkeşlərimiz bizi möhtəşəm dəstəklədilər. Bu, həm də onların uğurudur".
Xatırladaq ki, Ronaldu bu ilin yanvarından "Əl-Nəsr"in uğurları üçün çalışır.
Nihat