İtaliya yığmasının sabiq baş məşqçisi Roberto Mançini xələfinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, “CorSport” nəşri təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb:
“İtaliya Futbol Federasiyası ilə mən artıq eyni dalğa uzunluğunda deyildik. Avqustun 7-dən federasiya ilə danışıqlar aparıram. İtaliya komandasını çox sevirdim... Mən heç kimi öldürməmişəm, hörmətə layiqəm.
Spallettiyə ən xoş arzular: Düşünürəm ki, o, mənim varisim olacaq”.
Qeyd edək ki, Mançini 5 illik işbirliyindən sonra ötən həftə İtaliya millisindən ayrılıb. Onun rəhbərliyi altında komanda AÇ-2020-də qitə birincisi olub.
Mirağa