Misli Premyer Liqasının ilk turunda evdə "Neftçi"ni yenən (1:0) "Kəpəz" ikinci turda "Zirə"yə 0:1 minimal hesabla uduzdu. Gəncə təmsilçisi növbəti matçını doğma meydanda "Turan Tovuz"ə qarşı keçirəcək.
Gəncə təmsilçisinin müdafiəçisi Ehtiram Şahverdiyevlə əlaqə saxlayıb "Qərb derbisi"ndən - sabiq komandasına qarşı oyundan nə gözlədiyini soruşduq:
Onun Fanat.Az açıqlaması belə oldu:
"Bildiyiniz kimi, bu oyunlar "Qerb derbisi"dir. Necə bir atmosferdə keçdiyi də hər kəsə məlumdur. Hər oyunda olduğu kimi, bu oyuna da ciddi şəkildə hazırlaşıb baş məşqiçinin verdiyi tapşırıqları düzgün qaydada həyata keçirmək istəyirik. Hədəfimiz inövbəti xal və ya xallarımızı qazanmaqdır".
Nahid Məmmədov