Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu "Liverpul"un və Misirin hücumçusu Məhəmməd Salahla maraqlanır.
Fanat.Az xəbər verir ki, məlumatı “Ər-Riyadiya” yayıb.
Mənbəiın məlumatına görə, Səudiyyə Ərəbistanı çempionu cari transfer pəncərəsində mersisaydlıların liderinin transferini rəsmiləşdirmək istəyir. Komandanın baş məşqçisi Nuno Espirito Santo 31 yaşlı afrikalı ilə şəxsən maraqlanır.
Salahın ərəblərdən iki il ərzində hər mövsümdə 180 milyon avro alacağı bildirilir.
"Transfermarkt" Salahın qiymətini 65 milyon avro dəyərləndirir. Ulduz hücumçunun "qırmızılar"la müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədərdir.
Mirağa