Daha bir tanınmış futbolçu Səudiyyə Ərəbistanına üz tutub.
Fanat.Az xəbər verir ki, “Sevilya”nın qapıçısı Yassin Bono karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Mərakeşli qolkiper “Əl-Hilal”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ərəblər 32 yaşlı qapıçı üçün İspaniya klubuna 21 milyon avro təzminat ödəyib. O, yeni klubu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Bono 2019-cu ilin sentyabr ayından “Sevilya”da çıxış edirdi.