Bolqarıstan çempionatında 6-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Plovdiv “Lokomotiv”i ilə qarşılaşıb və məğlubiyyətlə üzləşib – 0:1.
Cəlal da bu matçın iştirakçısı olub. O, 88-ci dəqiqədə meydana buraxılıb.
“Arda” 6 turdan sonra 7 xalla 8-ci pillədə qərarlaşıb.