Misli Premyer Liqasında III turun ikinci oyununda "Qəbələ" "Sumqayıt"ı qəbul edir.
Fanat.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmada meydan sahiblərini əcnəbi tərəfdarlar da dəstəkləyir.
Söhbət Qətərin “Aspire” İdman Akademiyasının 100-dən çox yeniyetmə futbolçusundan gedir.
Hazırda sözügedən şəhərdə təlim-məşq toplanışında olan qətərlilər görüşdə "Qəbələ"ni fəal dəstəkləyirlər. Onlar hətta "qırmızı-qaralar"ın öz azarkeşlərindən aktivdir və ilk yarının gedişində qonaq komandanın tərəfdarları ilə atışmaqla diqqət çəkdilər.
Qeyd edək ki, ilk yarıdan sonra "Sumqayıt" oyunda 2:0 öndədir.
Mirağa