Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad" "Liverpul"un hücumçusu Məhəmməd Salahdan əl çəkmir.
Fanat.Az xəbər verir ki, İngiltərə nəhənginə misirli forvard üçün indiyədək 3 rəsmi təklif göndərən ərəblər 4-cü cəhdlərini etməyə hazırlaşırlar.
Jurnalist Rudi Qalettinin məlumatına görə, Ciddə klubu bu dəfə "qırmızılar"ın qapısını azı 90 milyon avro ilə döyəcək. "Liverpul" 31 yaşlı oyunçunu bu qiymətə satmağa razılaşsa, Səudiyyə Ərəbistanı çempionatı tarixinin ən bahalı transferi reallaşacaq.
Qeyd edək ki, Salahın "Liverpul"la müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.
Nihat