"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Kral klubu"na bu yay transfer olunan Cud Bellingemdən danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" italiyalı mütəxəssisin dediklərini belə çatdırıb:
"Bellingem Kərim Benzemanın yoxluğunu sığortalayır. O, ciddi və istedadlı oğlandır. Etdikləri bizi təəccübləndirmir. Təəccüblü olan yalnız budur ki, Cudun cəmi 20 yaşı var".
Qeyd edək ki, Bellingem iyun ayında Dortmund "Borussiya"sından transfer edilib. Gənc yarımmüdafiəçi La Liqanın ilk 2 turunda 3 qol və 1 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
Nihat