"Selta"nın yarımmüdafiəçisi Qabriel Veyqa karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Veyqanın xidmətində maraqlı olan "Əl-Əhli" artıq İspaniya təmsilçisi ilə razılığa gəlib. Mənbə tərəflərin yaxın günlərdə münasibətləri rəsmiləşdirəcəyini vurğulayıb.
Qeyd edək ki, ötən mövsüm La Liqada 36 matça çıxan ispan yarımmüdafiəçi 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat