Misli Premyer Liqasının 3-cü turunda səfərdə "Kəpəz"i 2 cavabsız qolla yenən "Turan Tovuz" növbəti oyununu sabah öz meydanında "Səbail"ə qarşı keçirəcək.
Tovuz təmsilçisinin kapitanı Kamal Bayramovla əlaqə saxlayıb "dənizçilər"lə oyun barədə nə düşündüyünü soruşduq. 38 yaşlı qolkiperin Fanat.Az-a açıqlaması belə oldu:
"Ağır və gərgin oyun olacağını bilirik. Rəqibin çox keyfiyyətli, yüksək ödənişli oyuncuları var. Biz keçid dönəmindəyik. Oyundan-oyuna daha da inkişaf edirik. Bizə öz oyunumuz daha önəmlidi. Məşqçilərin verdiyi tapşırıqları icra edəcəyik. Azarkeşlərimiz önündə motivasiyamızın yaxşı olmasını istəyirik".
"Boz qurdlar"ın çalışdırıcısı Ayxan Abbasov bu gün doğum gününü qeyd edir. Təcrübəli qolkiper bu məqama da toxundu:
"Ayxan hocaya xeyirli ömür arzulayıram. O, bizim üçün çox dəyərli bir insandır. Tək futbolda yox, lazımi məqamlarda da həmişə bizə öz tövsiyyələrini verir. Onun üçün ən böyük hədiyyə bizim daha da inkişaf etməyimiz, komanda şəklində böyüməyimiz olar. Bu insan bizlər üçün çox əziyyətlərə qatlanır. Biz də bunun qarşılığını meydanda verməliyik".
Nahid Məmmədov