"İnter Mayami"nin baş məşqçisi Xerardo Martini komandanın superulduzu Lionel Messinin "Nyu-York Red Bullz"la oyunun (2:0) 60-cı dəqiqəsində meydana çıxmasının səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Mayami təmsilçisinin saytına danışan Martini MLS liqasında debüt edən argentinalı hücumçunun matça sonradan qoşulmasını belə əsaslandırıb:
"Bizim üçün bu qələbənin önəmi böyükdür. Komanda rotasiya ilə oynamağı öyrənməlidir. Çünki Messi Argentina millisinin düşərgəsinə yollanacaq. O, bu il "İnter Mayami"nin azı üç oyununu buraxacaq. Gələn il də eyni vəziyyət davam edəcək. Messi bizimlə olmayanda da nəticə qazanmalıyıq".
Xatırladaq ki, Messi bu qarşılaşmanın 89-cu dəqiqəsində komandasının ikinci qolunu vurub.
Nihat