"Real Madrid"in uzun müddətə sıradan çıxan Vinisius Juniora əvəzləyici gətirib-gətirməyəcəyinə aydınlıq gəlib.
Fanat.Az COPE-yə istinadən xəbər verir ki, "Kral klubu" yeni cinah hücumçusu axtarışına çıxmağı planlaşdırmır.
Xəbərə görə, məşqçilər korpusu Braziliya millisinin üzvü sıraya dönənədək heyətdəki futbolçuların köməyi ilə onun yoxluğunu sığortalamağa çalışacaqlar.
Xatırladaq ki, La Liqanın 3-cü turu çərçivəsində keçirilən "Selta" ilə matçda (1:0) zədələnən Vinisiusun azı 6 həftə yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.
Nihat