"Yuventus" futbolçusu Mattias Soule iş yerini dəyişib.
Fanat.Az Turin klubunun saytına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi "Frozinone" 20 yaşlı yarımmüdafiəçini icarəyə götürüb.
Argentinalı oyunçu müddəti 2024-cü ilin yayına qədər olan icarə müqaviləsinə imza atıb.
Qeyd edək ki, Mattias ötən mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 19 oyuna çıxaraq 1 qol vurub.
Nihat