"Barselona"nın müdafiəçisi Erik Qarsiya Kataloniya klubundan ayrılmaq istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Qarsiya bunu daha çox oyun vaxtı əldə etmək istəyi ilə əlaqələndirib. O, artıq qərarı ilə bağlı baş məşqçi Xaviyə məlumat verib. Bununla belə, mütəxəssis futbolçunu buraxmaq istəmir.
Qarsiyanın icarə əsasında "Jirona"ya keçmək variantı var. Bununla belə, bu sövdələşmə "Barselona" üçün sərfəli olmayacaq, çünki onlar oyunçunun maaşının böyük bir hissəsini ödəməli olacaqlar. Ona görə də Qarsiyanın rotasiya əsasında oynamasını məqsədəuyğun hesab edirlər.
Mirağa