"Şağan" Olimpiya İdman Kompleksi haqqında inzibati iş başlanıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, idman qurğusu İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsini pozmağa görə ittiham olunur.
Qeyd edək ki, 389-cu maddə özündə "Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi"ni ehtiva edir.
İş baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə göndərilib.
Müvafiq maddəyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Mirağa