UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, Fransanın Monako şəhərində keçirilən püşkatma mərasimində qrupların tərkibi müəyyənləşib.
32 iştirakçı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb. Azərbaycan çempionu “Qarabağ” H qrupunda “Bayer 04” (Almaniya), “Molde” (Norveç) və “Hakken”ə (İsveç) rəqib olub.
Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 21-də start veriləcək.
A qrupu
Vest Hem (İngiltərə)
Olimpiakos (Yunanıstan)
Frayburq (Almaniya)
Baçka Topola (Serbiya)
B qrupu
Ayaks (Niderland)
Olimpik Marsel (Fransa)
Brayton (İngiltərə)
AEK (Yunanıstan)
C qrupu
Reyncers (Şotlandiya)
Real Betis (İspaniya)
Sparta (Çexiya)
Aris (Kipr)
D qrupu
Atalanta (İtaliya)
Sportinq (Portuqaliya)
Şturm (Avstriya)
Rakuv (Polşa)
E qrupu
Liverpul (İngiltərə)
LASK (Avstriya)
Union (Belçika)
Tuluza (Fransa)
F qrupu
Vilyarreal (İspaniya)
Renn (Fransa)
Makkabi Hayfa (İsrail)
Panatinaikos (Yunanıstan)
G qrupu
Roma (İtaliya)
Slaviya (Çexiya)
Şerif (Moldova)
Servett (İsveçrə)
H qrupu
Bayer Leverkuzen (Almaniya)
QARABAĞ (AZƏRBAYCAN)
Molde (Norveç)
Hökken (İsveç)
****
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq.
Fanat.Az xəbər verir ki, ölkəmizi ardıcıl 10-cu dəfə avrokubokların qrupunda təmsil edəcək "Qarabağ" da rəqiblərini tanıyacaq.
Monakoda təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da başlayacaq.
UEFA-nın reytinqinə əsasən, 32 iştirakçı püşkatmadan əvvəl ənənəvi olaraq, dörd səbətə bölünüb. "Qarabağ" 2-ci səbətdə yer alıb.
1-ci səbət: "Liverpul", "Vest Hem" (hər ikisi İngiltərə), "Vilyareal" (İspaniya), "Roma", "Atalanta" (hər ikisi İtaliya), "Bayer L" (Almaniya), "Ajax" (Niderland), "Reyncers" (Şotlandiya);
2-ci səbət: "Real B" (İspaniya), "Olimpik M", "Renn" (hər ikisi Fransa), "Sportinq" (Portuqaliya), "Olimpiakos" (Yunanıstan), LASK (Avstriya), "Slaviya" (Çexiya) ), “QARABAĞ” (AZƏRBAYCAN);
3-cü səbət: "Brayton" (İngiltərə), "Frayburq" (Almaniya), "Sparta" (Çexiya), "Molde" (Norveç), "Union" (Belçika), "Makkabi H" (İsrail), "Storm" (Avstriya), “Şerif” (Moldova);
4-cü səbət: "Tuluza" (Fransa), "Panathinaikos", AEK (hər ikisi Yunanıstan), TSC (Serbiya), "Servette" (İsveçrə), "Rakuv" (Polşa), "Aris" (Kipr), “Hakken" (İsveç).
Klublar səkkiz qrupa bölünəcək. Qrup qalibləri 1/8 finala, ikinci yerləri tutan komandalar pley-offa, üçüncü yerdən isə Konfrans Liqasına çıxacaq.