"Mançester Siti"nin hücumçusu Erlinq Holand dünyada ən vacib şeyin nə olduğu ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Impaulsive" Norveç millisinin ulduzunun dediklərini belə çatdırıb:
"Məncə yuxu dünyada ən vacib şeydir. Yaxşı yuxu üçün yalnız yataqda bütün siqnalları bloklayan göy eynək lazımdır. Mən adətən yatmazdan üç saat öncə eynək taxıram".
Qeyd edək ki, Holand ötən ildən "şəhərlilər"in uğurları üçün çalışır. 2022/2023 mövsümündə bütün turnirlərdə 53 matça çıxaraq 52 qol və 9 məhsuldar ötürmə ilə yadda qalan Erlinq İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu adını qazanıb.
Nihat