14:28 01.07.2013 931

“Millimizə yaradılan şəraitdən çox narazıyam”

Milli komandamızın məşqçisi Nazim Süleymanovun apasport.az saytına müsahibəsi 

- Hərbçilərdən ibarət yığma komandanın baş məşqçisi təyin olunmusunuz. Bu təşəbbüs kim tərəfindən irəli sürüldü? 
- Hərbçilər arasında dünya çempionatı ilk dəfədir keçirilir. Birincisi ölkəmizdə olacaq. Bu təklifi mənə AFFA rəhbərliyi etdi. Məndən hərbçilərin yığmasında işləməklə bağlımı fikrimi soruşdular. Dedim ki, əgər xahiş edirsinizsə, niyə də istəməyim. Çünki mənim AFFA ilə müqaviləm var. AFFA bu qərara gəlibsə, çalışaram. Əgər burda şərait yaradılsa, daha yaxşı olar. Mənə deyildi ki, hər cür şərait yaradılacaq. Dünya çempionatının Azərbaycanda keçirilməsi bizim üçün şərəfdir. 15 komanda ölkəmizə gələcək, biz burda Azərbaycanın adını təmsil edəcəyik. Bu, böyük məsuliyyətdir. Ancaq deyərdim ki, mən o qayğını, dəstəyi görmürəm və yaradılan şəraitdən də çox narazıyam. 

- Bu qayğını AFFA, yoxsa Müdafiə Nazirliyi göstərməli idi? 
- Müdafiə Nazirliyi. Mənə elə gəlir ki, artıq AFFA rəhbərliyi istəyir ki, bu məsələləri öz üzərinə götürsün. Ancaq hazırda bütün məsələlərə nazirlik baxır. 

- Yəqin ki, şərait dedikdə məşq etməyə lazımi meydançaların ayrılmadığını nəzərdə tutursunuz... 
- Yox. Təlim-məşq toplanışına iyunun 15-dən başlamışıq. “Neftçi”nin köhnə bazasında qalırıq. Səhər məşqimiz dəniz qırağındadır. 1 saat ora getmək, 1 saat da qayıtmaq 2 saat vaxtımızı alır. Axşam məşqimiz də “Dalğa Arena”dadır. Yenə həmin minvalla 2 saat itiririk. Halbuki, bu istidə günə 4 saat itirincə, biz həmin müddətdə oteldə istirahət edə bilərik. Daha sonra avtobusumuz kiçik MAZ avtobusudur. Sürücüsü də əsgərdir. Deyəsən, hərbi xidmətə yeni gəlib. 25 futbolçu və 6 məşqçi heyətimiz var. Ona görə də avtobusa yerləşmirik. Futbolçuların hamısı evindən gəlir. Sabahdan (müsahibə dünən götürülüb – S.T.) Təlim-Tədris Mərkəzində yığışacağıq. Ordakı otaqlara da gedib baxmışam. 4-5 nəfərin bir yerdə qaldığı otaqlardır, kondisionerləri də yoxdur. Məsələn, hamamı ümumidir, şəraiti bir o qədər də ürək açan deyil. Amma bildiyimə görə, Oman və Bəhreyn komandaları burda 5 ulduzlu otellərdə qalır. 

- Komandanızda heç əsl hərbçi-futbolçu varmı? 
- Əlbəttə var. Aqil, Elvin, Novruz Məmmədovlar – hamısı hərbçi deyil bəyəm? Elşad Manafov, Rəhman Hacıyev, Azad Kərimov, Emin Mustafayev – bunların hamısı əsgərdir də, hərbi xidmətə çağırılırlar. Bizə “Simurq”dan problem yaratdılar. 3 oyunçunu – Rəşad Eyyubov, İlkin Qırtımov və Tural Axundovu buraxmadılar. Bilmədim ki, onlar Avroliqaya hazırlaşırlar, ya yox? 

- Onlar yəqin Türkiyəyə hazırlığa getdikləri üçün oyunçularını buraxmayıb... 
- Yəqin ki, dünya çempionatında iştirak edəcək milli komandaya da kömək etmək lazımdır. Siz özünüz belə edərdiniz? Yox. “Simurq” Avroliqada oynamır ki. Biz bu mövsüm avrokuboklarda oynayacaq komandalarımızdan futbolçu çağırmadıq. Çünki onların hazırlığına mane olmaq istəmədik. Əksinə, biz bu 4 komandaya dəstək olmalıyıq ki, onlar ölkəmizi layiqincə təmsil edib reytinq xalı toplasın. Ancaq hardasa çıxış etməyəcək o biri klubların milli komandaya yanaşmasını başa düşmədim. 

- Qrupumuzun oyunları haqda xəbər verməyinizi istərdik. 
- İyulun 2-də Mali ilə “Dalğa Arena”da saat 21:00-da oynayacağıq. Ayın 5-də Bayılda Kanada ilə görüşürük. İyulun 8-də isə “Dalğa Arena”da İraqla qarşılaşacağıq. 

- Bu komandalar artıq bura gəlibmi? 
- Hələ yox. Ancaq onların diskinə baxmışam. İraqın İranla oyununu izləmişəm. Deyərdim ki, səviyyəli komandalardır. Bakıda yaxınlarda Bəhreyn və Omanla yoldaşlıq görüşləri keçirmişik. Bəhreynlə qolsuz heç-heçə etdik, Omana isə 0:1 uduzduq. Omanlılara yenilməyimizə baxmayaraq, hələ onların 3-4 əsas oyunçusu meydana çıxmamışdı. 

- Yəni bu dərəcədə güclüdürlər... 
- Bəli, bəli. Bu komandalar neçə aylar, illərdir ki, buna hazırlaşırlarmış. Artıq turnirə 10-15 gün qalmış Bəhreynlə Oman bura gəlib. 

- Ruslan Qurbanovu da milliyə çağırmaq istəyirdiniz, onda nə problem yarandı? 
- Mən “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanova onlara məxsus olan Ruslan Qurbanovu yığmada görmək istədiyimi demişdim. Ancaq deyəsən, futbolçuya bu xəbər çatdırılmamışdı. Yalnız dünəndən Ruslan məşqlərimizə qatılıb. Deyir, mənə “Neftçi”dən heç kim bu haqda heç nə bildirməmişdi. Ona klubdan xəbər verilməliydi. 

İdman24.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliyini irəli sürdü - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

Facebookdan bizi izləməyi unutmayın.
X