"Tottenhem"in futbolçusu Covani lo Selso karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, "Qalatasaray" argentinalı yarımmüdafiəçini transfer etməyi düşünür.
İnformasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, Türkiyədə transfer pəncərəsi hələ açıq olsa da, danışıqlarda konkretlik yoxdur.
Anlaşma əldə olunmasa, 27 yaşlı oyunçu ən azı qışa qədər "Tottenhem"də qalacaq.
Mirağa