İngiltərə yığması ötən gün yoldaşlıq görüşündə Şotlandiyanı məğlub edib (3:1).
Fanat.Az xəbər verir ki, Qaret Sautqeytin komandası Fil Foden, Cud Bellinqem və Harri Keynin qolları sayəsində üstün olub.
"The Athletic"in hesablamasına görə, bu qələbə ingilislərin bütün yarışlarda 600-cü zəfəridir. Beləliklə, britaniyalılar Avropada bu həddə çatan ilk yığma komanda kimi tarixə düşüblər.
İngiltərə millisi oktyabrda Avstraliya ilə yoldaşlıq oyunu keçirəcək, həmçinin AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İtaliyanı qəbul edəcək.
İngiltərə hazırda qrupda 13 xalla, hərəyə 7 xalı olan İtaliya, Ukrayna və Şimali Makedoniyanı qabaqlayır.
Mirağa