"Liverpul"un baş məşqçisi Yürgen Kloppun agenti Mark Kositske alman mütəxəssisin daha öncə Hans-Diter Flikin tərk etdiyi Almaniya millisinə rəhbərlik etməyəcəyini bildirib.
Fanat.Az xəbər verir ki, Kositskenin dediklərini "The Atletic"in jurnalisti Ceyms Pirs sosial şəbəkə hesabları üzərindən belə çatdılrıb:
"Yürgenin "Liverpul"la uzunmüddətli müqaviləsi var və o, milli komandanın baş məşqçisi vəzifəsini tuta bilməz".
Qeyd edək ki, Kloppun mersisaydlılarla müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Nihat