Almaniya millisinin qapıçısı Mark-Andre ter Ştegen Fransa yığmasını 2:1 hesabı ilə yendikləri yoldaşlıq görüşü barədə təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, "Forbes" "Barselona"nın qolkiperinin dediklərini belə çatdırıb: “Bu gün azarkeşlərimizin və bizim ruhumuza məlhəm oldu. İnsanlar çox çalışdığımızı gördülər. Son bir neçə gündə qəribə idik. Uğursuz gedişə qələbə ilə son qoymaq əladır. Bu gün kifayət qədər sadə oynayaraq istəyimizə çatdıq. Qələbə bizə inam verir”.
Xatırladaq ki, Fransa ilə oyun ərəfəsində Almaniya Futbol Federasiyası qeyri-qənaətbəxş nəticələrə görə baş məşqçi Hans-Diter Fliki istefaya göndərib. Bundestimə müvəqqəti olaraq komandanın idman direktoru Rudi Föller rəhbərlik edir.
Nihat