İtaliya millisinin baş məşqçisi Luçano Spaletti AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna ilə oyunda (2:1) italiyalı azarkeşlərin millinin qapıçısı Canluici Donnarummanı fitə basmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun dediklərini tanınmış jurnalist Nikolo Skira şəxsi "Twitter" hesabı üzərindən belə çatdırıb:
"Əgər onu fitə basıblarsa, deməli, nəyisə düz etmədiyini düşünürlər. Belə hərəkətlərə sonradan sosial şəbəkələrdə müxtəlif ifadələrlə reaksiya verənləri sevmirəm. Biz özümüzü peşəkarlar kimi aparmalıyıq, ərköyün uşaqlar kimi yox. Sakitliyi qorumaq lazımdır”.
Nihat