Braziliya millisinin və "Tottenhem"in hücumçusu Riçarlison psixoloqla məsləhətləşməyi planlaşdırdığını etiraf edib.
Fanat.Az xəbər verir ki, "Globo Esporte" onun dediklərini belə çatdırıb:
“Meydanda xoşbəxt komanda oyunçusuyam, komandaya kömək etməyə çalışıram. Amma bəzən hər şey bizim istədiyimiz kimi alınmır. Düşünürəm ki, bu, meydandan kənarda yaşadıqlarımla bağlıdır. Bəzən hər şeyi düzgün etmək istəsən də, hər şey yanlış gedir. Son beş ayda şəxsi həyatımda problemlərlə üzləşdim. İndi evdə hər şey qaydasındadır. Yalnız mənim pulumla maraqlanan insanlar getdilər.
İndi İngiltərəyə qayıdıram və psixoloqun qəbuluna getməyə hazırlaşıram. Bunu daha güclü olmaq üçün edəcəm. İnanıram ki, millinin növbəti oyunlarına çağırılacağam. Yığmaya müntəzəm dəvət almaq üçün “Tottenhem”də səylə çalışacağam. Əminəm ki, hər şey düzələcək”.
Nihat