"Barselona"nın bu yay "Atletiko Madrid"dən icarəyə götürdüyü Joau Feliks Kataloniya təmsilçisində keçirdiyi ilk günlərdən danışıb.
Fanat.Az xəbər verir ki, Portuqaliya millisinin üzvü təəssüratlarını "Sport.es"ə bölüşüb:
"Özümü inamlı hiss edirəm. Son vaxtlar çox oyun keçirməməyimə baxmayaraq, fiziki planda də hər şey qaydasındadır. "Barselona"da hər şeyi sıfırdan başlamağa hazıram. Çalışmaq və komandaya kömək etmək istəyirəm. Kollektiv məni çox mehriban qarşıladı. Bu, gənc komandadır. Ona görə də özümü burada çox rahat hiss edirəm. İndi azarkeşlərimiz önündə oynamağı səbirsizliklə gözləyirəm. Açığı, məni bu dərəcədə yaxşı qarşılamalarına təəccüblənirəm”.
Qeyd edək ki, icarə müqaviləsi başa çatandan sonra "Barselona" 23 yaşlı Feliksiin transfer hüquqlarına yiyələnə bilməyəcək.
Nihat