“Niyə çempionat oyunlarına hakim-inspektor kimi təyinat almayım? Dünən Elçin Məsiyevin idarə etdiyi AÇ-2024-ün seçmə mərhələ oyununda eyni funksiyanı UEFA Hakimlər Komitəsinin sədri Roberto Rozetti yerinə yetirib”.
Fanat.Az xəbər verir ki, bunu AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək jurnalistlər üçün təşkil olunan seminarda deyib.
Türkiyəli mütəxəssis hakim-inspektor kimi getdiyi çempionat matçlarında həm də hakimləri canlı izləmək fürsəti qazandığını vurğulayıb: “Mən niyə öz işimi davam etdirməyim? Bunun çox faydası var. Bəzən xüsusi izləməli olduğum referilər olur. Əksinə, çempionat matçlarına təyinat almasaydım, tam anormal olardı”.