Bu gün AFFA-nın təşkilatçılığı ilə Hakimlər Komitəsi tərəfindən Bakı Olimpiya Stadionunda idman jurnalistləri üçün seminar keçirilib.
Fanat.Az-ın əməkdaşının da iştirak etdiyi seminarda oyun qaydalarına edilmiş dəyişikliklər haqda məlumat verilib, ən son yeniliklər media nümayəndələrinin diqqətinə çatdırılıb.
Bundan başqa, komitə rəhbəri dünyanın futbol meydanlarında yaşanan mübahisəli hakim qərarları ilə bağlı videogörüntülər şərh edilib.
İdman jurnalistləri Paşa Sığorta VAR otağında AFFA VAR Mərkəzinin iş rejimi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Seminar çərçivəsində media nümayəndələrini maraqlandıran suallar AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək tərəfindən ətraflı şəkildə cavablandırılıb.