Türkiyənin “Sivasspor” klubu Moskva MOİK-inə hücumçu Adolfo Qayç üçün son təklifini göndərib. e
Fanat.Az xəbər verir ki, məlumatı "Sports Digitale" yayıb.
Super Liqa təmsilçisinin hazırda ruslardan cavab gözlədiyi və keçidin reallaşmaq ehtimalının çox olduğu vurğulanıb. Mənbə paytaxt klubunun argentinalı forvardı ilə "Alanyaspor", "Kayserispor" və "Rizəspor"un da maraqlandığını diqqətə çatdırıb.
Qeyd edək ki, MOİK Qayçı 2020-ci ildə, 8,5 milyon avro qarşılığında "San Lorenso"dan transfer edib.
Nihat