“Napoli”nin vingeri Xviça Kvaratsxeliya ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, bu, “Mançester Yunayted”dir.
Məlumatı "Daily Mail"in jurnalisti Mayk Kiqan yayıb. Mənbə "qırmızı şeytanlar"ın sözügedən oyunçunu transfer etməyin ən münasib yollarını axtardığını vurğulayıb. Xəbərə görə, MY bossları "Napoli" rəhbərliyinin ulduz oyunçu üçün böyük məbləğ tələb edəcəyinin fərqindədir.
22 yaşlı Xviça "Napoli"yə 2022-ci ilin iyulunda Batumi "Dinamo"sundan keçib. Neapollular bu keçid üçün Gürcüstan təmsilçisinə 13,3 milyon avro ödəyib. Xviçanın klubu ilə müqaviləsi 2027-ci ilin yayınadək nəzərdə tutulub. "Transfermarkt" potalı onun transfer qiymətini 85 milyon avro ilə dəyərləndirir.
Ötən mövsüm Xviça "Napoli" forması ilə bütün turnirlərdə 43 oyuna çıxaraq 14 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb. Gürcü vinger mövsümün yekunlarında əsasən, A Seriyasının ən yaxşı oyunçusu olub.
Nihat