"Bayern Münhen"in hücumçusu Camal Musiala ötən mövsümün ən yaxşı oyunçusu seçilib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumçu azarkeşlərin 46 faizinin səsini toplayıb.
Camal ötən mövsüm Almaniya nəhənginin heyətində bütün turnirlərdə 47 matçda iştirak edib, 16 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
20 yaşlı futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir. "Transfermarkt" onun dəyərini 110 milyon avro qiymətləndirir.
Bundesliqanın yeni mövsümündə Musiala bir oyun keçirib, qol vurmayıb.
Mirağa