"Barselona" rəhbərliyi komandanın baş məşqçisi Xavi müqavilə yeniləyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, 43 yaşlı mütəxəssis bu gün müddəti 2025-ci ilə qədər olan anlaşmaya qol çəkəcək.
Xatırladaq ki, Xavi 2021-ci ilin noyabrından "Barselona"nı çalışdırır. Onun Kataloniya təmsilçisi ilə indiki anlaşması 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Ötən mövsüm "Barselona" sözügedən çalışdırıcının rəhbərliyi altında İspaniya çempionu olub və ölkə Superkubokunu qazanıb.
Nihat