Liviyada baş verən leysan və daşqınlar nəticəsində dörd futbolçu həyatını itirib.
Fanat.Az xəbər verir ki, məlumatı "Al Jazeera" ("Əl Cəzirə") yayıb.
Bunlar Şahin Əl Cəmil, Saleh Sassi, Əl Hüseyn Şaluf və Munther Sadakidir.
Liviya Futbol Federasiyası məlumatı təsdiqləyib və dünyasını dəyişən futbolçuların ailələrinə başsağlığı verib.
Qeyd edək ki, Aralıq dənizinə məxsus "Daniel" fırtınasının səbəb olduğu təbii fəlakət nəticəsində Liviyada ölənlərin sayı 2 mini ötüb.
Nihat