Yunanıstan Futbol Federasiyasının (YFF) səhvi üzündən ölkənin milli komandasının dörd futbolçusu Cəbəllüttariqlə AÇ-2024-ün seçmə mərhələsinin oyununa çıxa bilməyib.
Fanat.Az "The President"ə istinadən xəbər verir ki, YFF-nin əməkdaşları səhvən 2 sarı vərəqəsi olan futbolçuların adlarını iştirak ərizəsinə salmayıblar.
Belə ki, onlar 2 "sarı" alan oyunçuların cəzalı duruma düşdüyünü güman ediblər. Əslində isə seçmə mərhələnin matçlarında ardıcıl 2 yox, 3 sarı vərəqə alan futbolçu 1 oyunu kənardan izləmək məcburiyyətində qalır.
Qeyd edək ki, Yunanıstan - Cəbəllüttariq matçı sentyabrın 10-da keçirilib və meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib.
Nihat