"Spartak"ın sabiq qapıçısı Rinat Dasaev İtaliya millisinin qapıçısı Canluici Buffonun karyerasını başa vurmasından danışıb.
Fanat.Az xəbər verir ki, "Matç TV" onun dediklərini belə çatdırıb:
“Buffon futbola böyük töhfə verib. O, əla qapıçıdır. İtaliya millisinin qapıçılarından danışsaq, Dino Dzoff, Valter Dzenqa və onun adı çəkilməlidir. Kimsə həmişə hardasa bitirir: futbolda zaman əbədi deyil. Canluici də təqaüdə çıxmağın vaxtının gəldiyini hiss etdi. Karyerasını bitirdiyi üçün üzülürəmmi? Yox. O yaşıl meydanlarla zədə səbəbindən vidalaşsaydı, üzülərdim. Ancaq səbəb yaş amilirsə, hər şey başadüşüləndir".
Qeyd edək ki, 45 yaşlı Buffon bu ilin avqustunda peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb. İtaliyanın son klubu B Seriyası təmsilçisi "Parma" olub.
Nihat