Almaniya millisinin yeni baş məşqçisinin kimliyi böyük ölçüdə müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Kristian Falk məlumat yayəb.
Mənbənin məlumatına görə, Almaniya Futbol Federasiyasının idman direktoru Rudi Föller Julian Nagelsmannın baş məşqçi təyin olunmasını müzakirə etmək üçün onun agenti ilə əlaqə saxlayıb. Artıq tərəflər arasında aktiv danışıqlar gedir.
Föller hazırda Nagelsmannın agenti ilə müqavilənin maliyyə tərəflərini müzakirə edir.
Qeyd edək ki, alman mütəxəssis mart ayından bəri işsizdir. O, “Bayern Münhen"dən qovulub.
Mirağa