Bu ilin martında futbolçu karyerasını bitirən Boyan Krkiç yetirməsi olduğu "Barselona"da işə başlayıb.
Fanat.Az İspaniya nəhənginin saytına istinadən xəbər verir ki, Boyan klubun akademiyasında koordinator funksiyasını yerinə yetirəcək.
2006-2011-ci illər aralığında Kataloniya təmsilçisində top qovan Krkiç Yohan Kroyff İnstitutunda idman menecmenti üzrə magistr dərəcəsi alıb. Bir müddət öncə isə "Barselona"nın prezidenti Joan Laporta üç qitədə və yeddi ölkədə oynamış Boyanın təcrübəsinin kluba faydalı ola biləcəyini açıqlamışdı.
Nihat