"İnter"in keçmiş sahibi Massimo Moratti milanlıların sabiq hücumçusu Romelu Lukakunun bu yaykı davranışı haqda danışıb.
Fanat.Az xəbər verir ki, "Sport İtalia" 78 yaşlı funksionerin dediklərini belə çatdırıb.
“Bu barədə danışmaq belə istəmirəm. Kənardan müşahidəçi kimi izləyib məyus oldum. O, klubun, komanda yoldaşlarının və azarkeşlərin münasibətinin qarşılığını ən pis şəkildə ödədi”.
Qeyd edək ki, Lukakunun "Çelsi"dən icarə əsasında "İnter"də keçirdiyi ötən mövsümdən sonra "neradzurri" futbolçunun hüquqlarını almaq istəyib. Lakin Romelunun digər klublarla, xüsusən də "Yuventus"la danışıqları səbəbindən transfer pozulub. Nəticədə Romelu icarə əsasında “Roma”ya keçib.
Moratti 1995-2004 və 2006-cı illərdə “İnter”in sahibi olub.
Mirağa