"Barselona"nın mərkəz hücumçusu Robert Levandovski Kataloniya klubuna keçdikdən sonra necə dəyişdiyindən danışıb.
Fanat.Az xəbər verir ki, AS nəşri polşalı bombardirin dediklərini belə təqdim edib.
“Barselona”da hər şey mənə uyğundur. Mən burada həqiqətən xoşbəxtəm. "Barsa"dan əvvəl mən robot idim, amma dərhal insan oldum. Klubla etibarlı müqaviləm var, ona görə də ayrılmaq barədə düşünmürəm”.
35 yaşlı qolçu ötən yay "Bavariya"dan "Barselona"ya keçib. Tərəflər arasında müqavilənin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Hazırki La Liqa mövsümündə Robert 4 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa