"Barselona"nın hücumçusu Robert Levandovski karyerasını MLS-də davam etdirmək planından danışıb.
Fanat.Az xəbər verir ki, AS polşalı forvardın dediklərini belə çatdırıb:
"Barselona"ya qədər "maşın" idim, indi daha çox insan olmuşam. Burada bir insan kimi xoşbəxtəm. Klubumla ikiillik müqaviləm var. Hələ anlaşmanın yenilənməsi də nəzərdə tutulub. Koronavirus pandemiyasına qədər MLS-ə yollanmaq fikrinə düşmüşdüm. Ancaq nədənsə sonradan fikrimi dəyişdim".
Nihat