Türk əsilli almaniyalı futbolçu Koray Günterin CSKA-ya transferi qışda reallaşa bilər.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Canluka Di Martsio məlumat yayıb.
Mənbə müdafiəçinin agenti Ersin Akana istinad edib. Futbolçunun agenti bildirib ki, "Verona"nın 29 yaşlı oyunçusu Moskva klubuna hələ yay transfer pəncərəsində keçməyə yaxın olub. Onun keçidi "pəncərə"nin son günündə uğursuzluqla nəticələnib.
"Transfermarkt" Günterin dəyərini 3,5 milyon avro qiymətləndirir.
Mirağa