"Atletiko Madrid"in yarımmüdafiəçisi Rodriqo Deul Paul Argentina millisinin heyətində zədələnib.
Fanat.Az İspaniya klubunun saytına istinadən xəbər verir ki, cənubi amerikalı futbolçu bud əzələsindən xəsarət alıb.
Xəbərə görə, De Paul DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Boliviyaya qarşı oyunda (3:0) əzələ narahatlığı hiss edib. 29 yaşlı oyunçunun trenajor zalında fizioterapiya seansları keçdiyi və fərdi məşqlər etdiyi bildirlib. Rodriqonun kollektiv çalışmalara nə vaxt başlayacağı barədə məlumat yoxdur.
Qeyd edək ki, Argentina yığması ilə DÇ-2022-nin qalibi olan De Paul 2021-ci ildən "Atletiko Madrid"in formasını geyinir.
Nihat