Madrid "Real"ı London "Çelsi"sinin müdafiəçisi Ris Ceymsi transfer edə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı İspaniyanın AS nəşri yayıb.
Mənbənin məlumatına görə, "kral klubu" onu Dani Karvahalın əvəzləyicisi kimi görür. "Real" onunla növbəti transfer pəncərəsində müqavilə bağlamağa cəhd edəcək.
Bu mövsüm "Çelsi"də yeni kapitan təyin edilən Ceyms bud nahiyəsindən zədə aldığı üçün cəmi 1 matçda oynayıb. O, daha bir neçə həftə buraxmalıdır. 23 yaşlı müdafiəçi ötən mövsüm məhz zədələr səbəbindən 4 aydan çox oynamayıb.
Mirağa