İspaniya təmsilçisi "Xetafe" "Mançester Yunayted"dən icarəyə götürdüyü Meyson Qrinvudun sayəsində böyük gəlir əldə edib.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, klub bir həftə ərzində 21 yaşlı hücumçunun rekord sayda formasını satıb.
Sözügedən forvard 2023/2024 mövsümünün sonuna qədər "Xetafe"də icarə əsasında çıxış edəcək.
Xatırladaq ki, Qrinvud zorlama və hücuma cəhddə şübhəli bilinərək həbs olunduqdan sonra 18 ay futboldan kənarda qalıb. Onun “Mançester Yunayted” ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununa qədərdir.
Nihat