Bugünlərdə "Fulhem"lə müqavilə yeniləyən Joau Palinya kareyrasını Avropa nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Joaunun xidmıtində maraqlı olan "Bayern Münhen" qışda onu heyətinə qatmaq üçün bütün gücünü səfərbər edəcək. Mənbə "bağbanlar"ın portuqaliyalı yarımmüdafiəçini yüksək qiymətə satmağın əleyhinə olmadığını diqqətə çatdırıb.
Qeyd edək ki, Palinyanın yeni sözləşməsinin müddəti 2028-ci ilin iyununa qədər nəzərdə tutulub.
Nihat