İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı məşqçisi bəlli olub.
Fanat.Az xəbər verir ki, bu ada "Tottenhem"in baş məşqçisi Angelos Postekoğlu layiq görülüb.
Hotspur təmsilçisi avqustda keçirdiyi 3 oyuna 7 xal toplayıb. Postekoğlunun yetirmələri "Mançester Yunayted" və "Bornmut"u 2 cavabsız qolla yenibsə, "Brentford"la məhsuldar heç-heçəyə razılaşıb - 2:2.
Qeyd edək ki, yunan əsilli avstraliyalı bu yay "Seltik"i "Tottenhem"ə dəyişib.
Nihat