Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” bu gün Tailand çempionatında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, hücumçumuzun komandası doğma meydanda "Trat"ı sınağa çəkib.
Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev qələbədə əsas pay sahiblərindən olub. Start heyətdə meydana çıxan Şeydayev bu qollardan 2-nin ötürməsini verib. Birinci və dördüncü qollarda məhz onun asistliyindən sonra komanda yoldaşları fərqləniblər. Millimizin üzvü 78-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Buriram Yunayted" 4 turdan sonra 10 xalla liderdir.
Mirağa