"Liverpul"un baş məşqçisi Yürgen Klopp ingilis yarımmüdafiəçi Cordan Hendersonun niyə Səudiyyə Ərəbistanı "Əl-Hilal"ına keçdiyini deyib.
Fanat.Az xəbər verir ki, alman mütəxəssis "Vulverhempton"la oyundan öncə təşkil edilən mətbuat konfransında belə danışıb:
“Henderson həqiqəti söyləyib. Bəli, hər şey elə olmuşdu. Qərar verməmişdən öncə bu barədə söhbət etdik. Ona qalmasını istədiyimi, amma müntəzəm oynaya bilməyəcəyini dedim”.
Xatırladaq ki, iyulun 27-də "Liverpul" 33 yaşlı futbolçunun Stiven Cerrardın çalışdırdığı "Əl-İttifaq"a transfer olunduğunu açıqlayıb.
Nihat