"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq cinah yarımmüdafiəçisi Ceydon Sançonun heyətdən uzaqlaşdırılması ilə bağlı sualdan yayınıb.
Fanat.Az xəbər verir ki, tanınmış jurnalist Ben Ceykobs niderlandlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Düşünürəm ki, hər şey deyilib. Komanda güclüdür, yaxşı əhval-ruhiyyədədir və "Brayton" ilə matça yaxşı hazırlaşır".
Xatırladaq ki, İngiltərə Premyer Liqasının 4-cü turunda baş tutan London “Arsenal”ı ilə oyundan (1:3) sonra ten Haq Sançonun adının məşqlərdə yaxşı təsir bağışlamadığı üçün heyətə salınmadığını açıqlamışdı. Ardından isə Sanço sosial şəbəkədə ona sərt cavab verərək mütəxəssisin doğru danışmadığını bildirmişdi. MY özügedən oyunçunu sentyabrın 14-də kollektiv məşqlərdən kənarlaşdırıb.
Nihat